Adsız Tablo kitabından mənalı sitatlar | Kitab sözləri

Elxan Elatlının dedektiv romanlarndan biri olanAdsız Tabloda insanlardakı qısqanclıq hissi,ər-arvad problemləri,məhəbbət,xain xislətli adamların psixologiyaı kimi məsələlər ön plana çəkilib.

Çalış insanları şərdən xilas et, bu, sənin özünə verdiyin sədəqədir.(Məhəmməd Peyğəmbər)

–Elxan Elatlı, Adsız Tablo
 
  • Gərək elə əməllər tutasan ki, öz mənliyinə inamın azalıb yox olmasın. Bu, çox təhlükəli bir şeydir. İnsan ki mənliyini itirdi, ondan hər şey gözləmək olardı.
  • Peyğəmbər də demişdi ki,qəzəbini udan şəxs qəzəbilə başqasına üstün gələn adamdan güclüdür.
  • Qəribə adam idi,nifrəti həmişə ən yüksək həddə çatanda sakitləşirdi.İndidə sakitləşdi.Tamam sakitləşdi.
  • Qanbay Qasımlı fikirləşdi ki, görəsən nə üçün qeyrətsiz adamlar daha yüksəkdən danışıb özlərini qeyrətli kimi göstərmək istəyirlər?..

    Adsız Tablo kitabından mənalı sitatlar | Kitab sözləri elxan elatli
          Adsız Tablo kitabından mənalı sitatlar

  • -İblis nədir?
    -Cümlə xəyanətlərə bais.
    -Ya, hər kəsə xain olan insan nədir?
    -İblis!
    (HÜSEYN CAVİD)
  • Əslində, adi günlərdən biri…
    Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur. Amma hər gün, o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü, milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə, anlayırsan ki, dünyanın vahid bir gülüş günü ola bilmaz. Onsuz da, taleyi kimin üzünə gülürsə, o adam qəlbən gülür, kimə sərt üz göstərirsə ağlayır. Heç bir fərq qoyulmadan, ilin hər bir günündə…
  • Bizdə isə əlavə olaraq bu günə «aldatma günü» də deyilir. İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi, bunun üçün məxsusi bir gün də ayırmışıq.
  • İnsanlar nə vaxt öləcəklərini heç vaxt bilmirlər. Öz dünyalarını yaradan və bu dünyaya kənardan baxanlar isə özlərinin nə vaxtsa ölə biləcəklərini belə qəbul edə bilmirlər. Amma hər kəs mütləq nə vaxtsa ölür. Nə vaxtsa…
  • «Divanda yanaşı oturmuş iki azyaşlı uşaq əllərindəki elektron oyuncağa yox, gələn qonaqlara baxırdılar. Bu baxışlarda maraq da var idi, qorxu da. Ölüm qorxusu, atasını itirmiş uşağın anasını itirmək qorxusu…»
  • Düzdür,şər böhtan izsiz sovuşub getmir,çətin unudulur.İnsanın qəlbinə,lap kiçik də olsa,şübhə toxumu salır.Cücərməsə də çürüyüb qalır bu toxum qəlbində.Yara kimi,çiban kimi….

 

Amma qaranlıq qadın qəlbinin ən gizli guşələrinə bağlanan bu görüntüləri axıradək oxumaq hələ dünyanın heç bir psixoloquna nəsib olmamışdı..

–Elxan Elatlı, Adsız Tablo

 

  • Amma onu da bil ki, gözəl qadın hamının diqqətində olur. Kişilərin də, qadınların da. Onun arxasınca həmişə qeybət qıracaqlar, adına ləkə yaxmağa çalışacaqlar. İndi neyləyəsən ki, insanlar belədir.
  • Biz elə bir cəmiyyətdə yaşayırıq ki, istəyinin çoxunu içində boğmağa məcbursan…
  • Elə yollar var ki, adama düzgün görünür, ancaq o yolların sonu ölümə gedən yoldur..
  • Bu tarix hər il dünyada gülüş günü kimi qeyd olunur. Amma hər gün, o cümlədən bu gün də yer üzündə minlərlə insanın müxtəlif səbəblərdən öldüyünü, milyonlarla insanın xəstəlikdən can çəkdiyini düşünəndə, anlayırsan ki, dünyanın vahid bir gülüş günü ola bilmaz. Onsuz da, taleyi kimin üzünə gülürsə, o adam qəlbən gülür, kimə sərt üz göstərirsə ağlayır. Heç bir fərq qoyulmadan, ilin hər bir günündə…
  • Bizdə isə əlavə olaraq bu günə «aldatma günü» də deyilir. İlin hər bir günündə bir-birimizi aldatmağımız azmış kimi, bunun üçün məxsusi bir gün də ayırmışıq.

İnsanların onlara verilən ömür paylarını yaşaması, həyatdan, o cümlədən cinsəl həyatdan zövq alması üçün çox yollar var. Amma bu yolların ən yaxşısı, ən düzgünü normal ailə həyatdan keçirdi. Bir kişi ilə bir qadının birləşməsindən yaranan ailə həyatından. Bunu artıq bütün dünya anlayırdı. Pozğunluq girdabına yuvarlanan bir çox xalqlar belə anlamağa başlamışdı ki, dünyanın dağılmaması, həyatın məhv olmaması üçün ən düzgün yol budur. İnsanlar normal, təmiz ailə qurmalıdırlar və bu müqəddəs birliyi sona qədər yaşatmaq üçün mübarizə aparmalıdırlar.

–Elxan Elatlı, Adsız Tablo

 

 

0 şərh